Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

  • By Günel
  • 07 Aprel 2025 21:17

Türkiyənin Bakıdakı səfirliyi Cəbrayıl şəhərində baş vermiş mina hadisəsi nəticəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşının həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.

“Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk”, – o vurğulayıb.

Gununsesi.info