Rusiya Əsədi Dəməşqə qaytarmayacaq

  • By Günel
  • 08 Aprel 2025 09:56

Rusiya Suriyada Baas rejimini devirdikdən sonra hakimiyyətə gələn prezident Əhməd Şaraanın keçmiş prezident Bəşər Əsədin ekstradisiyası tələbini rədd edib.

Gununsesi.info İordaniyanın “Rai-əl-Youm” qəzetinə istinadən xəbər verir ki, Rusiyanın Bağdaddakı səfiri Alperus Kotraşev İran İslam Respublikası Xəbər Agentliyinə deyib: “Bəşər Əsədin Moskvada qalması üçün şərtlərdən biri onun bütün media və siyasi fəaliyyətlərdən tamamilə uzaq olması idi. İndiyədək onun tərəfində heç bir qanun pozuntusu müşahidə edilməyib”.

Əsəd və ailəsinin Rusiya prezidenti Vladimir Putinin himayəsində olduğu və bunun heç bir şərtdə dəyişməyəcəyi bildirilib. Sabiq rəhbərin Rusiya dövlətinə heç bir ödəniş etmədiyi də vurğulanıb.

Dekabrın 8-də şiddətli qarşıdurmaların yaşandığı və Heyət Təhrir əl-Şamın (HTŞ) paytaxta doğru irəlilədiyi vaxt Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyanın nəzarətində olan Hmeymim bazasına, oradan da Moskvaya gemişdi.

Günel Həsənova

Gununsesi.info