Almaniyadakı məktəblərə nasist istinadı ilə təhdid mesajı göndərildi

  • By Admin2
  • 07 Aprel 2025 15:06

Almaniyanın Duysburq şəhərindəki bəzi məktəblərə hədələyici məktublar göndərilib. Göndərilən elektron məktublarda “təmizləmə”dən bəhs edildiyi və bu sözün nasist dövründə “etnik təmizləmə” mənasını daşıdığı bildirilib.

Bildirilib ki, 15 ibtidai və orta məktəbdə təhdid mesajlarına görə bir günlük tədris dayandırılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Duisburq polisi tərəfindən edilən açıqlamada , adları hələ müəyyən edilməmiş ifrat sağçıların bəzi məktəblərə təhdid dolu elektron məktublar göndərdiyi bildirilib.

Açıqlamada təhlükə səbəbindən 15 ibtidai və orta məktəbdə təhsilin bir gün müddətinə dayandırıldığı, 18 min şagirdin bu çərçivədə məktəbə gedə bilməyəcəyi qeyd edilib.

Göndərilən elektron məktublarda “təmizləmə”dən bəhs edildiyi və bu sözün Nasyonal Sosialist dövründə yəhudilərə, sintilərə, qaraçılara və əlillərə qarşı edilən zülmü ifadə etmək üçün də istifadə edildiyi ifadə edildi.

Daxili İşlər Nazirliyi Handelsblatt qəzetinə verdiyi açıqlamada məktəblərdəki uşaqlardan müharibə və böhran vəziyyətlərinə hazır olmalarını istəyib.

“Təhlükəsizlik vəziyyətində baş verən son hadisələr fonunda, ktəb təhsili də daxil olmaqla, mülki müdafiəyə daha çox diqqət yetirilməlidir ”, – bəyanatda deyilir.

Orxan 

Gununsesi.info