
İsrail ordusunun atəşkəsi pozduqdan sonra martın 18-dən etibarən Qəzzaya təşkil etdiyi hücumlarda 505 uşağın həyatını itirdiyi, 1249 uşağın isə yaralandığı bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən edilən açıqlamada İsrail ordusunun Qəzzada həyata keçirdiyi şiddətli hücumların nəticələri barədə məlumat verilib.
İsrailin martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 505 uşağın həyatını itirdiyi, 1249 uşağın isə yaralandığı bildirilən açıqlamada İsrailin hücumlarında 271 qadın və 86 qocanın həyatını itirdiyi bildirilib.
İsrailin 18 mart 2023-cü ildən Qəzzaya təşkil etdiyi hücumlarda 1391 nəfərin, 2023-cü il oktyabrın 7-dən isə 50752 nəfərin həyatını itirdiyi qeyd edilib.
Orxan