Aprelin 20-dən sonra Ümrə ziyarətləri olmayacaq

  • By Günel
  • 08 Aprel 2025 20:49

Aprelin sonuna qədər Ümrə ziyarətləri bitəcək.

Bu barədə Gununsesi.info -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, aprelin sonundan sonra Ümrə ziyarəti olmayacaq.

“Hazırda Məkkədə Ümrə qrupları var. 2-3 günə də digər qruplar çıxacaq. Aprelin sonuna qədər isə bütün qruplar geri qayıdacaq. Aprelin 20-dən sonra yeni qruplar olmayacaq”, – deyə V. Cahangiri əlavə edib.

O həmçinin qeyd edib ki, bundan sonra artıq Həcc mövsümü başlayacaq.

Gununsesi.info