“Tariflər ABŞ-yə trilyonlarla dollar gəlir gətirəcək”

  • By Günel
  • 08 Aprel 2025 23:24

“Birləşmiş Ştatlar ticarət tərəfdaşları ilə eyni vaxtda danışıqlar apararkən idxal olunan mallara tariflər tətbiq etməyə davam edəcək”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın administrasiyasının mətbuat katibi Caroline Levitt deyib.

“Bu sövdələşmələr müzakirə edilərkən tariflər tətbiq olunmağa davam edəcək. Tariflər ABŞ-yə trilyonlarla dollar gəlir gətirəcək”, – Levitt bildirib.

O, Trampın tarif danışıqlarına açıq olduğunu və digər ölkələrin nümayəndələrinin daim Ağ Evə zəng etdiyini söyləyib.

Gununsesi.info