Xələfov Moskvada Lavrovun müavini ilə görüşdü

  • By Günel
  • 08 Aprel 2025 23:42

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüşüb

Gununsesi.info xəbər verir ki, görüşdə siyasi dialoqun dərinləşdirilməsi və ticari-iqtisadi əməkdaşlığın artırılması məsələləri müzakirə olunub. Rusiyanın Azərbaycanda mədəni, humanitar və informasiya mövcudluğunun praktiki aspektlərinə xüsusi diqqət yetirilib.

Tərəflər, həmçinin Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə işin vacibliyini qeyd ediblər.

Gununsesi.info