Dominikanda gecə klubunda bədbəxt hadisə: Ölənlərin sayı artdı

  • By Günel
  • 09 Aprel 2025 09:01

Dominikan Respublikasında “Jet Set” gecə klubunda damın uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Listin Diario” qəzeti təcili yardım mərkəzinin direktoru Xuan Mendesə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Mendez dağıntılar altında qalan insanların axtarışlarının davam etdiyini bildirib.

Dominikan Respublikasında klubun damının çökməsi nəticəsində ölənlərin sayı artıb.

Gununsesi.info “Listin Diario”ya istinadən xəbər verir ki, “Jet Set” gecə klubundakı faciədə 44 nəfər həyatını itirib.

Fövqəladə Əməliyyatlar Mərkəzinin direktoru Xuan Manuel Mendez təsdiq edib ki, 146 nəfər xəstəxanalara yerləşdirilib.

Mendez qeyd edib ki, dağıntılar altında hələ də insanlar qalmaqdadır.

Dominikanın paytaxtı Santo-Dominqoda yerləşən “Jet Set” gecə klubunda tavan uçub. Hadisə nəticəsində azı 15 nəfər həlak olub, 101 nəfər xəstəxanalara yerləşdirilib.

Gununsesi.info bu barədə “NBC News”a istinadən xəbər verir.

Bildirilib ki, hazırda hadisə yerində xilasetmə işləri aparılır.

“Biz güman edirik ki, orada olanların bir çoxu hələ də sağdır, buna görə də hakimiyyət orqanları və əməliyyat iştirakçıları dağıntılar altında sonuncu insanı tapana qədər dayanmayacaqlar”, – deyə respublikanın fövqəladə əməliyyatlar xidmətindən bildirilib.

Klubda “merenqe” ifaçısı Rubbi Peresin konserti keçirilirdi, onun xəsarət alıb-almaması məlum deyil.

Gununsesi.info