
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu il komissiyanın dörd toplantısı olub.
İclaslarda ümumilikdə 500-dən artıq müraciətlərə baxılıb.
Qeyd edək ki, komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.
Bildirək ki, may ayında Əfv sərəncamı imzalanacağı gözlənilir.
Xatırladaq ki, əfv sərəncamı Azərbaycan Prezidentinin səlahiyyətinə daxildir.