
Rusiyada miqrant övladları məktəblərə qəbul üçün rus dilindən imtahan verməli olacaqlar.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Yaroslav Nilov bildirib.
Onun sözlərinə görə, aprel ayında keçiriləcək imatahanlar məcburi olacaq.
Qanuna görə, imtahandan uğurla keçmək üçün “qənaətbəxş” qiymət almaq lazımdır. İmtahandan keçə bilməyən miqrant uşaqları rus dili hazırlığına göndəriləcək.
Gununsesi.info