ABŞ və İran arasında görüş tarixi açıqlandı

  • By Günel
  • 08 Aprel 2025 23:08

“Aprelin 12-də ABŞ və İran arasında birbaşa danışıqlar olacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Levitt deyib.

“Danışıqlar birbaşa olacaq, mən təfərrüatla bağlı prezidentdən tez açıqlama verməyəcəm”, – o, brifinqdə deyib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran və ABŞ arasında mövcud qarşıdurmanın həlli üçün hərbi variant ola bilməz.

Gununsesi.info