Deputat Ukrayna prezidentliyinə namizədliyini irəli sürdü

  • By Günel
  • 22 Fevral 2025 08:14

2023-cü ilin noyabrından həbsdə olan Ali Radanın müxalifyönlü deputatı Aleksandr Dubinski Ukrayna prezidenti postuna namizədliyini irəli sürüb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

“Mən – 1981-ci il təvəllüdlü, Kiyevdən olan Aleksandr Dubinski bəyan edirəm: Ukrayna prezidentliyinə namizədliyimi irəli sürürəm”, – deyə o bildirib.

Qeyd edək ki, Dubinksi hazırda Kiyev istintaq təcridxanasındadır. O, dövlətə xəyanətdə ittiham olunur.

Gununsesi.info