Premyer Liqa: “Qarabağ” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

  • By Günel
  • 22 Fevral 2025 08:32

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun daha iki matçı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, günündə ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Səbail”i qonaq edəcək.

“Dənizçilər” Muxtar Respublika təmsilçisi ilə bütün səfər oyunlarında qol vurub. “Araz-Naxçıvan” isə son iki qarşılaşmada qalib gəlib.

“Səbail” 17 xalla autsayder, “qurdlar” 44 xalla turnir cədvəlinin ikincisidir.

Günün ikinci oyununda “Qarabağ” evdə “Sabah”ı qəbul edəcək.

“Köhlən atlar” Masazır klubu ilə son 8 oyunda qol vurub. “Sabah” “Qarabağ”səfərində heç vaxt qələbə qazanmayıb.

Ağdam təmsilçisi 56 xalla Premyer Liqanın vahid lideri, “bayquşlar” isə 32 xalla 5-cisidir.

Qeyd edək ki, tura 23 fevralda yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXIV tur
22 fevral

16:00. “Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
“Liv Bona Dea Arena”.

19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu.

Gununsesi.info