
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb.
Bildirilib ki, Gədəbəy rayonundan olan 49 yaşlı Azad Bağırov qəfil rəhmətə gedib.
Qeyd edək ki, A. Bağırov uzun illər Azərbaycan Ordusunda ön xətdə kəşfiyyatçı kimi xidmət edib, Vətən müharibəsi iştirakçısı olub.
