İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - VİDEO

  • By Günel
  • 21 Fevral 2025 23:09

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ölkə prezidentliyinə namizədlik üçün ərizə yazıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı İmamoğlu X hesabında paylaşım edib.

“Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, – İmamoğlu qeyd edib.

Gununsesi.info