Əminə Ərdoğan Suriya prezidentinin xanımı Lətifə Əl Durubi ilə görüşüb

  • By Günel
  • 11 Aprel 2025 23:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan 4-cü Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Türkiyəyə gələn Suriya Prezidenti Əhməd Şəraanın həyat yoldaşı Lətifə Əl Durubi ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT” kanalı məlumat yayıb.

İki ölkə liderinin xanımları arasında görüş Nest Konqres və Sərgi Mərkəzində keçirilib. Görüş zamanı Əl Durubi və Əminə Ərdoğan Suriyada qadın və uşaqlar üçün mümkün birgə səyləri müzakirə ediblər.

Bundan başqa Əl Durubi və Əminə Ərdoğan Afrika Mədəniyyət Evinin stendini ziyarət ediblər.

Gununsesi.info