Azərbaycanın Mərkəzi Bankının binası Çindəkindən bahadır - ARAŞDIRMA

Azərbaycan Respublikası Mərkəzi Bankının yeni binasına 637 milyon manat ayrılıb, ABŞ dollarına çevirəndə 375 milyon edir.

Çinin Mərkəzi Bankı 150 milyon ABŞ dollarına başa gəlib. İndiki qiymətlərlə bu edir 361 milyon ABŞ dolları.

Bu o deməkdir ki, Azərbaycan Mərkəzi Bankının yeni binasının dəyəri Çin Mərkəzi Bankından artıq olacaq!!!

Arayış: 1. Çinin əhalisi 1,5 milyarda yaxındır, Azərbaycan əhalisinin rəsmi sayı 10 milyon yarım etmir, yəni Çin əhalisinin sayı Azərbaycandan 100 dəfə artıqdır.

2. Çin Mərkəzi Bankının hündürlüyü 367,4 metrdir, Azərbaycan Mərkəzi Bankının yeni binasının hündürlüyü 168 metr olmalıdır, yəni bizdəki bina Çindəkindən iki dəfədən də çox kiçik olacaq.

3. Çinin ümumi daxili məhsulu bu il 18,5 trilyon ABŞ dolları həcmində gözlənilir, Azərbaycanın ÜDM-u ABŞ dolları ilə 70 milyard həcmində gözlənilir.

Yəni Çinin ümumi daxili məhsulu ölkəmizin ÜDM-dən 265 dəfə artıqdır.

Hələ onu demirəm ki, Çin Mərkəzi Bankının binası fen-şuy qaydalarına uyğun tikilib.
Bunları nəzərə almaqla, Azərbaycan Mərkəzi Bankının yeni binasına görə 637 milyon manatın ayrılmasına nə ad vermək olar?

 

 

Fuad Ağayev

Hüquqşünas

Gununsesi.info