Ölkəsini tərk edən kinorejissordan xəbər var

Xəbər verdiyimiz ki, iranlı kinorejissor Məhəmməd Rəsulof bu yaxınlarda ölkəsini tərk etdiyini açıqlamışdı. 2020-ci il Berlin Festivalında İranda ölüm hökmündən bəhs edən “Şər yoxdur” filminə görə baş mükafatı qazanan  kinorejissor hal-hazirda təhlükəsiz yerdədir.

Gununsesi.info xəbər verir ki, o, bu barədə instaqram sosial hesabında yazıb.

Konprejissor ölkəsindən çıxmaqda ona kömək edən hər kəsə minnətdarlığını bildirib: “Çətin və uzun yoldan sonra sərhəddən çıxmağımda və təhlükəsiz yerə çatmağımda köməklik edən mehriban, fədakar və bəzən həyatlarını riskə atan dostlarıma, tanışlarıma minnətdaram”.

Bildirilir ki, dünən Kann kinofestivalında kinorejissorun “Müqəddəs əncirin toxumu” filminin premyerası olub.

Festival çərçivəsində “Müqəddəs əncir toxumu” filminin premyerasına Avropada mühacirətdə yaşayan iranlı rejissor Məhəmməd Rəsulof da qatılıb.

Məlumata görə İran hakimiyyəti rejissoru təşkilatçılardan “Müqəddəs əncirin toxumu” filmini festivaldan geri götürməyi xahiş etməyə məcbur etsədə o, bundan imtina edib.

51 yaşlı Rəsulof ölkədən qaçışi ilə bağlı heç bir məlumat verməyib. O, milli təhlükəsizliyə qarşı sövdələşmə ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək, Məhəmməd Rəsulof Kann Film Festivalında mükafata layiq görülmüş “A Dürüstlük Adamı” filminə görə bir il həbs cəzasına məhkum edilmişdir.

 

 

 

Şəbnəm

Gununsesi.info