
Fövqəladə Hallar Nazirliyi (FHN) Füzuli şəhərində “Təhlükəsiz məktəb” layihəsi çərçivəsində maarifləndirici təlim keçirib.
“Gununsesi.info xəbər verir ki, tədbir tədbir Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.
Məktəblilərin fövqəladə hallarla bağlı davranış qaydaları, o cümlədən təxliyə barədə biliklərinin artırılması məqsədilə təşkil olunmuş tədbirin nəzəri hissəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən fövqəladə hallar zamanı zəruri davranış qaydaları barədə, o cümlədən əmək təhlükəsizliyinin əhəmiyyəti, mina təhlükəsindən qorunmağın yolları, qaz, elektrik və yanğın təhlükəsizliyi, liftdən istifadə qaydaları, ilk yardım mövzularında ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar Nazirliyin qüvvələrinin operativ olaraq əraziyə cəlb olunması, məktəblilərin təxliyəsi və “fəsadların” aradan qaldırılması əməliyyatı icra olunub.




