Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb

  • By Günel
  • 09 Aprel 2025 22:51

ABŞ administrasiyası dərhal Çinə ticarət tariflərini 125 %-ə qədər artırır.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən ABŞ-nin tətbiq etdiyi rüsumları dərhal 125 %-ə qaldırıram”, – Tramp qeyd edib.

Bundan əvvəl Tramp qeyd edib ki, Çin uzun müddətdir davam edən “ticarət pozuntuları”na əlavə olaraq sabaha qədər 34 %-lik artımı ləğv etməzsə, ABŞ aprelin 9-dan etibarən Çinə əlavə 50 %-lik tarif tətbiq edəcək.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.

Gununsesi.info