Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb

  • By Günel
  • 03 Oktyabr 2024 19:28

Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

Gununsesi.info xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.

Gununsesi.info