Gədəbəydə 45 yaşlı kişi bıçaqlanıb

  • By Günel
  • 03 Oktyabr 2024 19:36

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info -nun yerli bürosunun məlumatına görə, hadisə rayonun Arıqıran kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü A.Nuhov bıçaq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona ilkin yardım edilib, daha sonra Gəncədə yerləşən özəl klinikalardan birinə aparılıb.

Onu həmkəndlisinin bıçaqladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info