Bakıda 37 yaşlı piyadanı avtomobil vurub

  • By Günel
  • 03 Oktyabr 2024 08:32

Bakının Xətai rayonunda 37 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 1987-ci il təvəllüdlü Gülüşov Elman Elimxan oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info