Bu televiziyanın rəhbəri vəzifəsindən azad edildi - FOTO

  • By Günel
  • 03 Oktyabr 2024 19:40

“İdman Azərbaycan” kanalında gözlənilməz ayrılıq baş verib.

Gununsesi.info Offsideplus.az-a istinadən xəbər verir ki, kanalın direktoru Rövşən Binnətli işdən azad olunub.

Onun vəzifəsini hələlik tanınmış şərhçi Fikrət Adıgözəlli icra edəcək. Ayrılığın səbəbi dəqiq bilinmir.

Qeyd edək ki, Rövşən Binnətli 2023-cü ilin yanvar ayından bu vəzifədə çalışırdı.

Gununsesi.info