Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturdu

  • By Günel
  • 02 Oktyabr 2024 19:45

Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən “Florica” gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var”, – agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, gəmi Rostov-na-Dondan Samsun (Türkiyə) limanına gedirmiş. Heç kim xəsarət almayıb, naviqasiya pozulmayıb. Onu sayadan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.

Gununsesi.info