Kişi turistlər məscidə girmək üçün ətək geyiniblər - VİDEO - FOTO

  • By Günel
  • 03 Oktyabr 2024 20:54

Bursadakı tarixi Yaşıl Məscidə şortiklə girməmək üçün qadınlara məxsus ətəkləri şortiklərinin üstündən geyinən kişi turistlərin videosu sosial mediada diqqət çəkib.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, bir tur şirkəti ilə Bursaya tarixi-mədəni yerləri gəzmək üçün gələn turist qrupundakı kişilər, tarixi Yaşıl Məscidi ziyarət etmək istəyiblər. Qrup məscidin girişində müxtəlif dillərdə yazılmış xəbərdarlıq lövhəsində kişilərin uzun şalvar geyinməli olduğunu oxuyanda İslam dininə hörmət əlaməti olaraq qadın ziyarətçilər üçün nəzərdə tutulmuş ətəkləri geyinərək məscidi ziyarət ediblər.

Ətrafdakı insanların mobil telefonları ilə lentə aldıqları və sosial şəbəkələrdə paylaşdıqları həmin anlar izlənmə rekordu qırıb.

Günel Həsənova
Gununsesi.info