Tərtər rayonunda 32 yaşlı kişi öldürülüb

  • By ilhame
  • 14 İyun 2024 22:14

Tərtər rayonunda 32 yaşlı kişi qətlə yetirilib.

 

Gununsesi.info-ya bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

 

Məlumata görə, hadisə iyunun 14-də qeydə alınıb: “Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.

 

Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: “Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.

Gununsesi.info