Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi olub

  • By ilhame
  • 02 İyun 2024 16:19

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən “Dubai Open 2024” beynəlxalq turnirinin qalibi olub.

 

Gununsesi.info xəbər verir ki, son tura lider kimi başlayan təmsilçimiz bu gün heç-heçə oynayıb.

 

9-cu turda M.Muradlı çinli Dai Çanqrenlə xalı yarı bölüb.

 

Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı “Dubai Open 2024″ü qalib kimi başa vurub. Şahmatçımız həmçinin 16 000 ABŞ dolları mükafat əldə edib.

 

6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. O, əlavə əmsallara görə 6-cı yeri tutub.

 

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda M.Muradlını qələbə münasibətilə təbrik edib.

Gununsesi.info