Ərdoğanın vəzifəsini 5 gün o əvəz edəcək

  • By Günel
  • 21 Sentyabr 2024 10:35

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cövdət Yılmaz icra edəcək.

Gununsesi.info Axar.az – a istinadən xəbər verir ki, bu barədə qərar “Rəsmi qəzet”də dərc olunub.

Məlumata görə, buna səbəb Ərdoğanın ABŞ-a planlaşdırılan səfəridir.

Qeyd edək ki, prezidentin sentyabrın 21-dən 26-dək davam edən səfəri ilə əlaqədar Türkiyə konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq prezidentin vəzifələrini vitse-prezident icra edəcək.

Gununsesi.info