Mahir Emrelinin adından dələduzluq

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin adından dələduzluq edilib. 

 

Gununsesi.info xəbər verir ki, bu haqda futbolçu özü məlumat yayıb. O bildirib ki, adından istifadə edərək insanlardan pul yığırlar:

“Hörmətli izləyicilərim, eşitdiyimə görə  mənim adımdan insanlara mesaj yazaraq, hətta şəxsiyyət vəsiqəmi göndərərək pul istəyirlər. Xahiş edirəm, belə dələduzlura inanmayın. Bir də belə bir halla qarşılaşsanız, aidiyyatı qurumlara müraciət edin”.