
Qazaxıstanın Türküstan bölgəsindəki koloniyada məhbuslar üsyan qaldırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Cəza Sisteminin Komitəsi məlumat yayıb.
Bildirilir ki, məhkumlar bəzilərinin saxlanma rejimi ilə razılaşmadıqları üçün tabe olmaqdan imtina ediblər.
Nəticədə Milli Qvardiyanın iki əsgəri, eləcə də cinayət islah sistemi şöbəsinin bir əməkdaşı yaralanıb. Vəziyyətin stabilləşdiyi qeyd edilir.
Bundan əlavə, idarənin açıqlamasına əsasən, cinayət işi açılıb. Hadisə yerinə Milli Qvardiyanın rəhbərliyi, komitənin rəhbəri və nəzarət orqanlarının nümayəndələri gəlib.
Avqustun 23-də Surovikino şəhərindəki 19 saylı islah koloniyasının məhbusları iğtişaş törədiblər.
İntizam komissiyasının iclası zamanı onlar FSİN əməkdaşlarını girov götürüblər.