“Əl-Cəzirə”nin əməkdaşları Qəzzaya hücumda öldürüldü

  • By admin
  • 31 İyul 2024 20:43

Əl-Cəzirə telekanalının ərəb jurnalisti İsmayıl əl-Ghoul və operatoru Rami əl-Refee İsrailin Qəzza zolağına endirdiyi hava hücumunda həlak olub.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, jurnalistlər çərşənbə günü Qəzza şəhərinin qərbindəki Şati qaçqın düşərgəsində öldürülüb.

Onlar çərşənbə günü səhər saatlarında İranın paytaxtı Tehranda öldürülən HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Qəzzadakı evinin yaxınlığından reportaj hazırlamaq üçün ərazidə olublar.

Şəbnəm

Gununsesi.info