Kate Middleton xərçəng müalicəsi haqqında danışır

  • By Admin2
  • 03 İyul 2025 11:29

Uels şahzadəsi Keyt Middleton ilk dəfə xərçəng müalicəsinin uzunmüddətli təsirləri və keçdiyi çətin proses haqqında ətraflı danışıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, müalicə prosesinin onun üçün “çox qorxulu bir təcrübə” olduğunu söyləyən Şahzadə, sağalma prosesini “enişli-yoxuşlu bir səyahət” olaraq xarakterizə etdi.

Müalicə sonrası dövrün çox vaxt gözdən qaçırıldığını vurğulayan Prenses, ”Əslində, ən çətin proses o nöqtədən sonra başlayır. Siz artıq klinik komandadan birbaşa dəstək almırsınız, lakin siz yenə də əvvəlki kimi evdə fəaliyyət göstərə bilmirsiniz” – deyib.

Normal vəziyyətə qayıtmaq üçün vaxt lazım olduğunu bildirən Middleton, bu prosesdə psixoloji və mənəvi dəstəyin əhəmiyyətinə diqqət çəkib. 

Colchester Xəstəxanasını ziyarət edən Uels Şahzadəsi, “İlkin diaqnoz həmişə çox qorxulu bir səyahətdir. Ancaq daha əvvəl bu yolu keçmiş insanlarla danışmaq sizə ümid və pozitivlik verir. Belə bir dəstək şəbəkəsinə sahib olmaq çox dəyərlidir” deyib.

Çıxışında dəfələrlə öz yaşadıqlarına toxunan Middleton, hələ refleksologiyaya başlamadığını, müalicə müddətində akupunktur olduğunu ifadə etdi.

Səfərdə diqqət çəkən digər məqam, xəstəxananın bağçasına 50 ədəd “Ketrin qızılgülü” tinginin bağışlanması olub.

Şahzadənin adını daşıyan bu xüsusi qızılgül növünün satışından əldə olunan gəlir Royal Marsden Xərçəng Fonduna bağışlanacaq. Keyt keçən il diaqnozundan sonra Royal Marsden Xəstəxanasında müalicə almışdı.

Təbiətin müalicəvi gücünə inanan 43 yaşlı Şahzadə bu ilin əvvəlində verdiyi müsahibədə “Mənim üçün təbiət çox mənəvi məkandır” demişdi.

Uels şahzadəsi xərçəng müalicəsindən sonra tədricən dövlət işlərinə qayıtmağa başlayıb. Keçən ay Royal Ascot tədbirini qaçıran Middleton, Kolçesterə səfəri zamanı güclü bir açıqlama verdi ki, xərçənglə mübarizə aparan insanlar tək deyillər.

Orxan

Gununsesi.info