Fransanın Dövlət Şurası vəkillərə hicab qadağasını təsdiqləyib

  • By Admin2
  • 05 Mart 2025 14:32

Fransanın Dövlət Şurası vəkillərə hicab qadağasını təsdiqləyib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Danıştay bəyan edib ki, vahid geyim tələb edən qanun vəkillərin fərqləndirici simvol geyinməsinə mane olur.

Danıştay bu təklifi birliyin qəbul etdiyi barədə qərar verib və mövcud qanundakı müddəaların necə həyata keçiriləcəyi ilə bağlı məlumat verib.

Bütün vəkillərin geyim formasının onların müştərilərinin maraqlarını müdafiə etməkdən başqa hər hansı şəxsi üstünlükləri əks etdirməsinə mane olduğunu bildirən Dövlət Şurası, vəkillər üçün vahid geyim kodunun mühakimə olunanlar arasında bərabərliyin təmin edilməsinə kömək etdiyi və bunun “ədalətli məhkəmə araşdırması hüququ üçün zəruri şərt” olduğu qənaətinə gəlib.

Fransa Milli Vəkillər Kollegiyası 2023-cü ilin sentyabrında vəkillər üçün müxtəlif simvolların, o cümlədən hicabın qadağan edilməsi təklifini qəbul edib.

Təklifdə vəkillərə xalatdan başqa “hər hansı fərqləndirici simvol geyinmək” qadağan edilib.

Qeyd edək ki, Fransa Hüquqşünaslar Birliyi qadağanın vəkillərin müstəqilliyini pozduğu səbəbilə birliyin qərarının dayandırılmasını tələb edərək, Dövlət Şurasına müraciət etmişdi.

Orxan

Gununsesi.info