Moldova səfiri Rusiya XİN-ə çağırılıb - FOTO

  • By Günel
  • 05 Mart 2025 19:56

Moldova səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Səfirdən Moldova Prezidenti Maya Sandunun Rusiyanın Kişinyovdakı səfirinin etimadnaməsini hələ də qəbul etməməsi ilə bağlı izahat tələb olunub.

“Moldova Prezidentinin 2024-cü ilin oktyabrında ölkəyə gəlmiş Rusiya Federasiyasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Oleq Ozerovun etimadnaməsini hələ də qəbul etməməsinin diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına zidd olduğu ifadə olunub”, – XİN-dən qeyd olunub.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Gununsesi.info