
Terror təşkilatı PKK lideri Abdullah Öcalanın İsrail mətbuatında əksini tapan, təşkilatı silahı yerə qoyub, özünü ləğv etməyə çağıran şərhlərlə bölgədə böyük dəyişikliyin baş verməsi mümkündür.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu dəyişiklik xüsusilə Türkiyənin təsirini artırarkən İsrailin maraqlarına zərər vurma potensialına malikdir.
“Haaretz” qəzetində dərc olunan təhlildə “atəşkəs Suriyadakı güc dinamikasını dəyişdirə və İsrailin bu ölkədə mövcudluğuna meydan oxuya bilər” kimi qiymətləndirmə də yer alıb. Baas rejimi dövründə Rusiya ilə koordinasiyalı şəkildə
Suriya hava məkanının İsrail üçün açıq saxlandığı xatırladılan təhlildə, “Türkiyə Moskva yerinə buna nəzarət edərsə, Suriya hava məkanı tezliklə İsrailə bağlana bilər” ifadəsi işlədilib.
Orxan