Şəmkirdə 5 ha-dan çox ərazidə yanğın başladı

  • By Günel
  • 05 Mart 2025 21:00

Şəmkirdə 5 hektardan çox ərazidə yanğın olub.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, Şəmkir rayon Kür qəsəbəsi ərazisində 5 hektardan çox qamışlıq, kol-kos və ağacların olduğu ərazidə yanğın olub.

Əraziyə 3 yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

İki istiqamətdə başlayan yanğının 1 hektardan çox ərazisində alovun qarşısı alınıb. Digər istiqamətdə yanğının söndürülməsi istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, yanğın səbəbindən Kür qəsəbəsində və yaxın ərazilərdə təhlükəsizlik səbəbindən elektrik enerjisinin verilməsi dayandırılıb.

Gununsesi.info