ABŞ-də görmə məsafəsi sıfıra enir: - Qum fırtınası yol qəzalarına səbəb olur

  • By Admin2
  • 05 Mart 2025 14:29

ABŞ-ın Nyu-Meksiko ştatında müşahidə olunan qum fırtınası görmə məsafəsini sıfıra endirib və yol qəzalarının zəncirvari reaksiyasına səbəb olub. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nincənubundakı Nyu Meksiko ştatında qum fırtınası baş verib.

Küçələr, prospektlər və magistrallar qəhvəyi toz buluduna bürünmüşdü. Görünüşün sıfıra endiyi Rosvel şəhərində yol qəzalarının zəncirvari reaksiyası baş verib. Bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb.

Meteorologiya xidmətinin xəbərdarlığından sonra bir çox sürücü avtomobillərini tərk edərək fırtınanın keçməsini gözləyib. Dexter Yanğın və Xilasetmə Başçısı Castin Pauell bölgədəki yolların bağlı olduğunu bildirib və hər kəsi evdə qalmağa çağırıb.

Orxan

Gununsesi.info