
CBC telekanalına danışan Ukrayna lideri Vladimir Zelenski sülh planından əvvəl Trampı Ukraynaya dəvət edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Zelenski deyib:
“İnsanlarımızı, dağıdılmış şəhərlərimizi görün, sonra qərar verin”
Rusiyanın mülki şəxslərə hücumlarını davam etdirdiyini qeyd edən Zelenski bildirib:
“Gəlin, baxın, sonra müharibəni necə bitirəcəyimizlə bağlı bir planla hərəkət edək. Kiminlə sövdələşdiyinizi anlayacaqsınız. Putinin nə etdiyini anlayacaqsınız” deyib.
“Putinə etibar etmək olmaz. Mən bunu prezident Trampa dəfələrlə demişəm. Əgər atəşkəsin niyə nəticə vermədiyini soruşursunuzsa, bunun səbəbi budur. Putin heç vaxt müharibənin bitməsini istəməyib. Putin heç vaxt bizim müstəqil olmağımızı istəməyib. Putin bizi tamamilə məhv etmək istəyir”, – Zelenski həmçinin bildirib.
Qeyd edək ki, çıxış Rusiyanın Sumi hücumundan əvvəl olduğu qeyd edilib.
Rusiyanın Sumi şəhərində törədilən hücumda ölənlərin sayı 34-ə çatıb, 114 nəfərin yaralandığı bildirilir.
Orxan