Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq

  • By Günel
  • 13 Aprel 2025 15:49

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Gununsesi.info -ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, aprelin 14-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Gununsesi.info