Tərtərdə cüdo zalı açıldı

  • By Günel
  • 13 Aprel 2025 16:36

Tərtər Olimpiya İdman Kompleksində cüdo zalı fəaliyyətə başlayıb.

Gununsesi.info xəbər verir ki, zalın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib. Tataminin ümumi ölçüsü 112 kv.m sahəni əhatə edir. Zalda 100-dən çox idmançı cüdo ilə məşğul olacaq.