Hesablama Palatasının hesabatı Milli Məclisdə

Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Hesabat Milli Məclisə daxil olub.

Gununsesi.info-nun məlumatına görə, hesabat sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.

Qeyd edək ki, Hesabatda Hesablama Palatasının Strateji Planına uyğun olaraq 2024-cü il üzrə planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla əks etdirilib, həmçinin burada nəzarət tədbirləri barədə icmal-statistik məlumatlar təqdim olunub.

 

 

Gununsesi.info