Tanınmış vəkil vəfat etdi - FOTO

  • By Günel
  • 14 Aprel 2025 08:13

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Ramiz Musayev vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə onun oğlu Kənan Musayev məlumat yayıb.

R.Musayev Bakı şəhəri 13 saylı Vəkil Bürosunun üzvü idi. O, 18 il vəkillik fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, R.Musayev 1959-cu ildə Göyçay rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (hazırki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini bitirib. 1987-2003-cü illərdə Baş Prokurorluqda işləyib. 2007-ci ildə vəkillik fəaliyyətinə başlamışdı.

Gununsesi.info