İsrail Qəzzaya hücum etdi

  • By Admin2
  • 14 Aprel 2025 14:37

İsrailin Qəzzaya hücumu nəticəsində 4 fələstinli həlak olub. İsrail səhhəti pisləşən 10 qəzzalı azad edərkən, Netanyahu məhbus mübadiləsi ilə bağlı açıqlama verib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, İsrail ordusunun atəşkəsin pozulduğu Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 4 fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəstəxana mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, İsrail ordusu Qəzza zolağının şimalında Qəzza şəhərinin Tuffah məhəlləsinə hava hücumu təşkil edib . Hücum nəticəsində 3 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin qərbindəki Mavasi bölgəsinə də hava zərbələri endirib. Hücum nəticəsində azı bir nəfər ölüb, çoxlu sayda yaralı var. İsrail daha əvvəl Qəzza zolağında saxladığı 10 fələstinlini “sağlamlığı pis” olaraq azad edib.

İsrail ordusunun azad etdiyi 10 nəfər Xan Yunus şəhərinin şərqindəki “Kisufim” keçidindən Qəzzaya daxil olub. Sərbəst buraxılan fələstinlilərin sağlamlıqlarının yaxşı olmadığı görülüb. İsrail həbsxanalarında məruz qaldıqları “işgəncələr” səbəbiylə sağlamlıqları pisləşən fələstinlilər Qırmızı Xaç avtomobilləri ilə Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərindəki Əl-Əqsa Şəhidləri Xəstəxanasına gətirilib. Bildirilib ki, evə buraxılanların səhhətinin yoxlanılması üçün xəstəxanada zəruri analiz və müayinələr aparılıb. 

HƏMAS-a bağlı Məhbuslar Media Ofisinin Telegram hesabından edilən açıqlamada, 6 ay əvvəl İsrail əsgərlərinin Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlar zamanı azadlığa buraxılan 10 məhbusun nəzarətə alındığı qeyd edilib. 

Orxan

Gununsesi.info