Zelenski: “Ukrayna itirilmiş əraziləri geri qaytarmaq gücündə deyil”

Ukrayna lideri Vladimir Zelenski etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri (AFU) itirilmiş əraziləri geri ala bilməyəcək.

Gununsesi.info xəbər verir ki, o, bu barədə bazar ertəsi, aprelin 14-də CBS News-a müsahibəsində bildirib.

“Bizim hər şeyi geri qaytarmağa gücümüz yoxdur və bu, hazırda başa düşülən bir vəziyyətdir. Ona görə də bu müharibə diplomatik yolla başa çatacaq”, – deyə Zelenski bildirib.

Eyni zamanda, Zelenski itirilmiş əraziləri Rusiya kimi tanımaq arzusunda olmadığını qeyd edib.

Ukrayna rəhbəri həmçinin bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının dəstəyi olmadan yeni itkilər ola bilər.

 

 

 

Şəbnəm

Gununsesi.info