Böyük Britaniya zibil və siçovul böhranı

  • By Admin2
  • 14 Aprel 2025 10:35

Birmingem şəhərində zibil yığanların tətili davam etdiyi üçün, planlaşdırma təcrübəsi olan ordu personalı küçələrdəki zibil qalaqlarının öhdəsindən gəlməyə kömək etmək üçün cəlb olunub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə 11 Martdan bəri davam edən tullantı toplama xidmətlərində tətilin yaratdığı zibil və siçovul böhranı davam edir.

Tətil zamanı siçovulların çürüyən zibil yığınları ilə qidalanması, ictimai sağlamlıq böhranı ilə bağlı xəbərdarlıqlara səbəb olduğu üçün, şəhər küçələrində yığılan zibillərlə mübarizə aparmağa görə ordu planlaşdırma mütəxəssisləri çağırıldı.

Independent qəzeti yazır ki, maaş mübahisəsi ilə əlaqədar təmizlik işçilərinin tətili davam edərkən, Böyük Britaniya hökuməti böhranı həll etmək üçün hərbi planlaşdırıcıları cəlb etməkdə bir həll tapdı. Bu çərçivədə, sözügedən planlaşdırıcıların bələdiyyəyə müvəqqəti maddi-texniki dəstək verməsi gözlənilir.  Böyük Britaniya hökumətinin sözçüsü dedi: “Hökumət maddi-texniki məsələlər üzrə şuraya dəstək olmaq üçün artıq işçi heyəti təmin edib və ictimai sağlamlıq risklərini həll etmək üçün yerlərdə cavab tədbirləri sürətlə davam edir”.

Davam edən ictimai sağlamlıq riskinə istinad edərək, sözçü planlaşdırma təcrübəsi olan hərbi personalın Birmingem Şəhər Şurasına dəstək verəcəklərini söylədi. 

Baş nazirin müavini Angela Rayner keçən həftə Unite birliyini “təkmilləşdirilmiş” müqaviləni qəbul etməyə çağırdı. Səhiyyə naziri Ues Stritinq tətilin “nəzarətdən çıxdığını” söylədi. Bu hadisələr həm də Leyboristlər hökuməti ilə həmkarlar ittifaqı arasında münasibətlərdə gərginliyə səbəb olub. 

Orxan

Gununsesi.info