Çin və ABŞ ticarətinin həcmi illik hesablamada 154,58 milyard dollara çatıb

  • By Günel
  • 14 Aprel 2025 08:45

Yanvar-mart aylarında Çin – ABŞ ticarətinin həcmi illik hesablamada 2,9 % artaraq 154,58 milyard dollara çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi (BGİ) məlumat yayıb.

Qurumun məlumatına görə, birinci rübdə Çin ABŞ-yə ixracını 4,5 % artıraraq 115,61 milyard dollara çatdırıb. Birləşmiş Ştatlardan idxal göstəricisi isə 1,4 % azalaraq 38,97 milyard dollar təşkil edib.

Eyni zamanda, hesabat dövründə Çin – Rusiya əmtəə dövriyyəsi illik hesablamada 6,6 % azalaraq 53,21 milyard dollar təşkil edib.

Gununsesi.info