Rusiyada azərbaycanlı icmasının rəhbəri belə həbs edildi - VİDEO

  • By Günel
  • 13 Aprel 2025 15:42

Rusiyada Azərbaycan icmasının rəhbəri həbs edilib.

Gununsesi.info Musavat.com-a istinadla xəbər verir ki, Osman Hüseynov Yaroslavl yaxınlığında saxlanılıb.

Məlumata görə, Hüseynov miqrantların qondarma qeydiyyatını təşkil etməkdə şübhəli bilinir. Rusiya Yaroslavl vilayəti üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 322.3-cü maddəsi – “Əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında olduğu yer üzrə saxta qeydiyyata alınması” ilə bağlı cinayət işi açıb və araşdırma aparılır.

İdarənin yaydığı məlumata görə, Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri Osman Hüseynov Tacikistan və Özbəkistandan olan qeyri-qanuni mühacirlərin qeydiyyatını təşkil edib. İddia olunur ki, azərbaycanlı diaspor lideri bunun müqabilində bəzilərindən pul alıb, bəzilərini isə qanunsuz işlədib.

Qeyd edək ki, Yaroslavl Azərbaycan Milli-mədəni Muxtariyyəti İctimai təşkilatı 1999-cu ildə yaradılıb. O, Yaroslavl şəhəri, Uritskoqo küçəsi 47 ünvanında qeydiyyatdadır.

Gununsesi.info