
Avropa Komissiyasının Aralıq dənizi üzrə komissarı Fələstin Muxtariyyətinə 3 il ərzində 1,6 milyard avro verilməsini nəzərdə tutan paketin həyata keçiriləcəyinə işarə edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail atəşkəsi pozduğu Qəzza zolağına hücumlarını və digər işğal olunmuş Fələstin ərazilərinə təzyiqlərini davam etdirərkən, Avropa İttifaqı (Aİ) qərargahı işğal altında olan Qərb Sahilinin Ramallah şəhərində yerləşən Mahmud Abbasın başçılıq etdiyi Fələstin Muxtariyyətinə maliyyə dəstəyini artıracağını açıqlayıb.
Avropa Komissiyasının Aralıq dənizi üzrə komissarı Dubravka Suica Reuters xəbər agentliyinə bildirib ki, Aİ Fələstin Muxtariyyətinə 1,6 milyard avro dəyərində üç illik paketlə maliyyə dəstəyini artıracaq.
Suica bildirib ki, maliyyə dəstəyi Fələstin Muxtariyyətində aparılan islahatlarla paralel aparılacaq.
Fələstin administrasiyasına qarşı “korrupsiya və yanlış idarəçilik” ittihamlarının olduğu xatırladılan xəbərə görə, Suica sözlərini belə davam etdirib: “Biz onların özlərində islahat aparmalarını istəyirik, çünki islahat olmasa, İsrail üçün kifayət qədər güclü və etibarlı həmsöhbət olmayacaqlar”.
Suicanın bəyanatı bu gün Lüksemburqda Aİ xarici işlər nazirləri ilə Fələstinin baş naziri Məhəmməd Mustafa da daxil olmaqla yüksək səviyyəli Fələstin rəsmiləri arasında keçiriləcək ilk “yüksək səviyyəli siyasi dialoq”dan əvvəl verilib.
Reuters-in paylaşdığı məlumatlara görə, AB fələstinlilərə ən çox maliyyə dəstəyi verən qurumdur. Aİ rəsmiləri ümid edirlər ki, Fələstin Administrasiyası İsrailin Qəzzaya hücumlarının sona çatmasından sonra Qəzzada da məsuliyyəti öz üzərinə götürəcək.
İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti indiyə qədər Qəzzanın Fələstin Muxtariyyətinə verilməsi ideyasına və AB tərəfindən dəstəklənən iki dövlətli həllə qarşı çıxıb. Fələstin Administrasiyasına veriləcək maliyyə dəstəyinin təfərrüatlarını paylaşan Avropa Komissiyasının komissarı Suica, maliyyə dəstəyi ilə Fələstin Muxtariyyətinin islahatlarına 620 milyon avro, İordan çayının qərb sahili və Qəzzanın “müqaviməti və bərpası” üçün 576 milyon avro ayrılacağını, 400 milyon avronun isə Avropa Bankı tərəfindən kredit olaraq veriləcəyini bildirib.
Orxan