“Şəhər partizanları” Yunanıstandakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

  • By Admin2
  • 14 Aprel 2025 15:45

Yunanıstanda “İnqilabçı Sinfi Özünümüdafiə” adlı qrup dəmiryol operatoru Hellenic Train-ə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Məsələ ilə bağlı polis açıqlama verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan polisi, onların terrorla mübarizə bölməsi ötən həftə dəmiryol operatoru Hellenic Train-də əvvəllər naməlum bir “partizan qrupu” tərəfindən törədildiyi güman edilən partlayışı araşdırdığınə bildirib.

Reuters xəbər agentliyinin “şəhər partizan qrupu” olaraq xarakterizə etdiyi “İnqilabçı Sinfi Özünümüdafiə” adlı qrup, bazar günü Afina Indymedia saytında dərc olunan bəyanatlarda aprelin 11-də paytaxt Afinada Yunanıstan qatarında baş verən partlayışa, eləcə də ötən il baş verən növbəti partlayışa görə məsuliyyəti öz üzərinə götürdüklərini açıqlayıb.

Qrupun bəyanatında deyilir ki, tədbirlər 2023-cü ildə Yunanıstanın Tempi şəhərində 57 nəfərin öldüyü qatar qəzasına cavab olaraq həyata keçirilib.

Bombanın partlaması nəticəsində baş verdiyi bildirilən son partlayış dağıntılara səbəb olub, lakin ölən və yaralanan olmayıb.

Orxan

Gununsesi.info